Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi”ni şou adlandıran müğənni Sıla Gəncoğlunun bu hərəkəti tənqidlərlə üzləşmişdi.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının İstanbul, Bursa, Ankara, Kayseri və Bodrumdakı konsertləri təxirə salınmışdı.
Düşdüyü çətin vəziyyətə görə fanatları ilə görüşə bilməyən Sıla, çıxış yolunu mahnılarını sosial mediada paylaşmaqda görüb.
O, iki gündür “Kurşun” adlı mahnısını izləyicilərinə təqdim edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.