banner
banner

Dünya

Avropada sərt şaxtalar başladı

Avropada sərt şaxtalar başladı

Avropada sərt şaxtalar başlayıb.

Almaniyanın Münhen şəhərində güclü qar yağması səbəbindən 40-dan artıq aviareys təxirə salınıb. Yerli sakinlər isə avtomobillərini qarın altından sözün əsl mənasında qazaraq çıxarıblar.

Almaniyanın mərkəzi hissəsində qeyri-sabit hava şəraiti böyük avtomobil qəzasının baş verməsinə səbəb olub. İlkin versiyaya görə, turistləri daşıyan avtobus sürüşkən yolda idarəetməni itirərək aşıb. Nəticədə 4 sərnişin həlak olub, 40-dan çoxu isə xəsarət alıb.

Yunanıstanda isə temperatur mənfi 20 dərəcəyə düşüb. Qar və güclü küləklər hava şəraitini daha da ağırlaşdırıb. Avtomobil nəqliyyatı tamamilə iflic olub, böyük magistrallarda yük avtomobillərinin hərəkəti tamamilə dayandırılıb.//Mənbə
AzərTAc



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.