banner
banner

Dünya

Ağ Ev: Obama Filippin prezidenti ilə görüşməyəcək

Ağ Ev: Obama Filippin prezidenti ilə görüşməyəcək

ABŞ prezidenti Barak Obama Laosda filippinli həmkarı Rodriqo Duterte ilə görüşməyəcək. 


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays bəyan edib. “Prezident Obama Filippin rəhbəri Duterte ilə ikitərəfli görüş keçirməyəcək. Sentyabrın 6-sı, günün ikinci yarısında dövlət başçısı Cənubi Koreyanın prezidenti Pak Kın He ilə danışıqlar aparacaq”, deyə N.Prays bildirib.   
 
Qeyd edək ki, Filippin prezidenti ötən gün Barak Obamanın ünvanına təhqiramiz ifadələr işlədib. Bundan əvvəl Obama  Filippində insanların məhkəmənin qərarı olmadan ölüm cəzasına məhkum edilmə hallarını pisləmişdi. ABŞ və Filippinin dövlət başçıları Laosda keçiriləcək ABŞ-ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammitində iştirak edəcəklər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.