Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) 2014-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, sorğuda 91 ölkənin mətbuat nümayəndələri iştirak edib.
Səsvermənin nəticələrinə əsasən, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer ilin ən yaxşı kişi idmançısı seçilib. O, səslərin 14.84 faizini toplayıb. İsveçrəli tennisçi Rocer Federer ikinci (13.26 faiz), Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü (12.79 faiz) olub.
İlin ən yaxşı qadın idmançısı isə amerikalı tennisçi Serena Uilyams (21.43 faiz) seçilib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.