Azərbaycanda Konstitusiyaya dəyişiklik bağlı sentyabrın 26-da ümumxalq referendum keçiriləcək. Bu prosesə hazırlıqlar yüksək sürətlə davam edir. Bəs Azərbaycan Mətbuat Şurası referendum günü necə fəaliyyət göstərəcək?
Məsələ ilə bağlı Modern.az-ın sualını Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat fondunun sədri Umud Rəhimoğlu cavablayıb.
O bildirib ki, Mətbuat Şurasında referendum günü qaynar xətt fəaliyyət göstərəcək.
“Həm regionlarda, həm də Bakı şəhərində məntəqələrdə monitorinq keçiriləcək. Jurnalistlər üçün yaradılmış şəraitə xüsusi diqqət ayrılacaq. Referendumun necə işıqlandırılması məsələsi gündəmdə saxlanılacaq. Gün ərzində həm seçki prosesi, həm də medianın fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Mətbuat ictimai nəzarət həyata keçirir. Media qurumları demək olar ki, bütün seçki məntəqələrində fəaliyyət göstərəcək. Referendum günü Mətbuat Şurası ilə media qurumları birgə fəaliyyət göstərəcək”.
Onun sözlərinə görə, Mətbuat Şurası referendum və seçkilərlə bağlı kifayət qədər təcrübəlidir.
Fond sədri deyib ki, referendum öncəsi bu məsələlər haqqında daha ətraflı məlumat verəcəyik.
“Şura üzvlərindən kimin harada fəaliyyət göstərəcəyi və hansı istiqamət üzrə fəaliyyət göstərəcəyi mətbuat vasitəsi ilə bildiriləcək”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.