İtaliyanın “Palermo” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı bundan sonra Roberto de Çerbi çalışdıracaq. O, baş məşqçi postunda Davide Bellardinini əvəzləyib.
De Çerbi “Palermo” ilə 2 illik müqavilə imzalayıb. 37 yaşlı məşqçinin yeni iş yerindəki illik qazancı 500 min avro olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.