Məşhur yamaykalı atlet Useyn Bolt sevgilisi Kasi Bennetlə barışıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “Rio 2016” Yay Olimpiya Oyunlarından sonra iştirak etdiyi bir partidə 20 yaşlı braziliyalı qızla əylənən Boltu, 2 ildir birlikdə olduğu sevgilisi tərk etmişdi.
Useyn etdiyi səhvi anlayıb və sevgilisi ilə barışmaq üçün əlində gələni edib. Nəticədə cütlük barışıb və bunu tətilə çıxaraq qeyd ediblər.
Tətildən qayıdarkən Bolt sosial mediada Kasinin ona “Hə” dediyini yazıb.Bu isə cütlüyün yaxın zamanlarda evlənə biləcəyi iddialarını gündəmə gətirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.