Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi baş verib
Sentyabrın 5-də Azərbaycanın ən böyük gölü olan Sarısu gölündə balıqların kütləvi zəhərlənməsi baş verib. Bu barədə "Facebook"da yerləşdirilmiş gölün səthində üzən ölü balıqları əks etdirən videodan məlum olub.
Video naməlum şəbəkə istifadəçiləri tərəfindən çəkilib, onlar göldə üzürlər və tələf olmuş yüzlərlə balığı çəkirlər, elə həmin şəxslər göldə sudan kütləvi zəhərlənmə baş verdiyini iddia edirlər.
Ekoloji fəlakətin səbəbi məlum deyil. "Turan" bildirir ki, Ekologiya Nazirliyi bu məsələ ilə bağlı şərh vermir.
Amma bu hadisənin misli görünməmiş miqyası olduğunu iddia etmək olar. Ölkənin Mərkəzi Aran bölgəsində yerləşən bu göl balıqlarla yanaşı, minlərlə su quşunun məskəni və məşhur istirahət yeridir.
Mınbənin bildirdiyinə görə, suda zəhərlənmə baş veribsə, bu, ilin bu vaxtı balalayan su quşlarının sayına da təsir göstərəcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.