banner
banner

Dünya

Klinton: “İraqda müharibəyə başlamaq səhv qərar idi”

Klinton: “İraqda müharibəyə başlamaq səhv qərar idi”
ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton İraqda hərbi əməliyyatların keçirilməsinə dəstək verdiyi üçün peşman olduğunu bildirib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə MSNBC telekanalının efirində deyib.
 
“Prezident Corc Buşu dəstəkləyərək İraqda müharibənin lehinə səs verəndə səhv etmişəm. İraqda müharibəyə başlamaq səhv qərar idi. İnsan ən çox öz səhvlərindən öyrənə bilər. Biz bunun necə baş verdiyini dərk etməliyik ki, gələcəkdə belə hallar baş verməsin  ”, deyə H.Klinton bildirib.
 
Xatırladaq ki, İraqda 2003-cü ildə başlayan müharibə Səddam Hüseynin devrilməsi ilə nəticələnib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.