“Asmalı Konak” serialında canlandırdığı “Diclə” obrazı ilə yaddaşlarda qalan aktrisa İpək Tuzcuoğlu “TRT 1”də yayımlanan “Baba Candır” serialından dəvət alıb.
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, 44 yaşlı aktrisa serialda həkim “Elif Başaran” rolunda oynayacaq.
İ.Tuzcuoğlu serialda yer alacağı üçün xoşbəxt olduğunu deyib:
“Bu mövsüm böyük sürprizlərlə gələcəyik. İzləyicilərimiz gah gülməyə, gah ağlamağa hazır olsunlar”.
Qeyd edək ki, İpək “Dürüye'nin Güğümleri”, “Avrupa Avrupa”, “Aşkın Halleri”, “Her şey Yolunda Merkez” və “Diğer Yarım” seriallarında da rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.