banner
banner

İdman

Bakı Şahmat Olimpiadasında 7-ci turun təqvimi

Bakı Şahmat Olimpiadasında 7-ci turun təqvimi

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VII turun təqvimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, sentyabrın 9-da kişilərdən ibarət əsas millimiz Xorvatiya ilə qarşılaşacaq. İkinci komandamız Venesuellanı,  üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasını sınağa çəkəcək.

Olimpiadanın vahid lideri Hindistan ABŞ-la, Hollandiya Latviya ilə, Rusiya Çexiya ilə, Çin İngiltərə ilə, Ukrayna Kanada ilə, Gürcüstan Rumıniya ilə üz-üzə gələcək.

6 turdan sonra kişilərdən ibarət əsas millimiz 9 xalla 13-cü, ikinci komandamız 8 xalla 34-cü, üçüncü yığmamız isə 6 xalla 86-cı yerdə qərarlaşıb.

Hindistan 12 xalla liderdir. 11 xal toplayan ABŞ ikinci pillədə qərarlaşıb. 10 xala sahib yığmalardan Hollandiya üçüncü, Çexiya dördüncü, Gürcüstan beşincidir.

Qadınlardan ibarət əsas yığmamız VII turda Hindistanla üz-üzə gələcək. İkinci komandamız Belarusla, üçüncü yığmamız isə Boliviya ilə görüşəcək.

Favoritlərdən Rusiya Polşa ilə, Çin Ukrayna ilə, ABŞ Rumıniya ilə, Gürcüstan Hollandiya ilə, Macarıstan Filippinlə mübarizə aparacaq.

6 turdan sonra qadınlardan ibarət əsas millimiz 10 xalla altıncı pillədə qərarlaşıb. 7 xala malik üçüncü yığmamız 37-ci, ikinci komandamız isə 38-ci yeri tutur.

Rusiya və Ukrayna 11 xalla 1-2-ci yerləri bölüşdürürlər. 10 xala malik Polşa üçüncü, Rumıniya dördüncü, Hindistan isə beşincidir.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.