banner
banner

Dünya

İsrail Qəzza zolağı ilə sərhəddə yeraltı sədd tikməyə başlayıb

İsrail Qəzza zolağı ilə sərhəddə yeraltı sədd tikməyə başlayıb
İsrail hökuməti fələstinlilərin ölkə ərazisinə tunellər qazmağının qarşısını almaq məqsədi ilə Qəzza zolağı ilə sərhəd boyu yeraltı sədd tikməyə başlayıb.
 
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə,  tikinti işlərinə bir neçə həftə əvvəl start verilib. Yeraltı dəmir-betonlu səddin uzunluğunun 70 km olacağı bildirilir.  
 
2014-cü ildə İsrail-Fələstin münaqişəsi zamanı HƏMAS üzvləri yeraltı tunellər sistemi vasitəsilə bir neçə dəfə İsrail ərazisinə keçib.
 
İsrail hökuməti “Fələstin tunelləri”ni ölkə üçün strateji təhlükə hesab edir.  Artıq otuzadək yeraltı tunelin aşkarlanaraq dağıdıldığı bildirir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.