Model Ebru Şallı üç həftədir sevgi yaşadığı aktyor Cem Yılmazdan ayrıldıqları barədə yayılan xəbərlərə reaksiya verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hər kəsi təəccübləndirərək sevgili olmağa qərar verən cütlük son günlər ayrı görünməklə bu söz-söhbətə yol açmışdı. C.Yılmazın keçmiş həyat yoldaşı və oğlu ilə istirahətə getməsi isə deyilənlərin doğruluğunu gücləndirmişdi.
E.Şallı isə ilk açıqlama verərək "Ayrılmadıq, bir yerdəyik. Sadəcə bayramda uşaqlarımızla vaxt keçiririk" deyib. Qeyd edək ki, yay aylarında uzun müddət birgə olduğu müğənni Sinan Akçıldan ayrılmaq qərarı vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.