Avropa Liqasında qrup mərhələsinin oyunlarına start götürür.
Qol.az-ın məlumatına görə, ardıcıl ikinci il qrup mərhələsinə yüksələn “Qəbələ” ilk görüşünü səfərdə keçirəcək. Roman Qriqorçukun komandası “Anderlext”in qonağı olacaq.
Brüsseldə keçiriləcək görüşə təmsilçimiz ciddi itki ilə çıxacaq. Belə ki, “Maribor”la görüşdə qırmızı vərəqə alan və UEFA tərəfindən 2 oyunluq cəzalanan Teo Uiks bu gün “Qəbələ”yə kömək edə bilməyəcək.
15 sentyabr
UEFA Avropa Liqası, qrup mərhələsi
I tur
21:00. “Anderlext” (Belçika) - “Qəbələ” (Azərbaycan) Hakimlər: Harald Lexner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger Əlavə hakim köməkçiləri: Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya) Hakim-İnspektor: Lusiano Luçi (İtaliya) UEFA nümayəndəsi: Emil Ubias (Çexiya) Brüssel. "Konstant Vanden Stok" stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.