banner
banner

Dünya

Almaniya Türkiyədəki səfirlik və konsulluqlarını bağladı

Almaniya Türkiyədəki səfirlik və konsulluqlarını bağladı
Yüksək terror təhlükəsi səbəbi ilə Almaniya Türkiyədəki səfirlik və konsulluqlarını bağlayıb.
 
Virtualaz.org "Bild" nəşrinə istinadən xəbər verir ki, Türkiyədəki alman məktəbləri sentyabrın 16-dək məhdud rejimdə işləyəcək. Həmin məktəblərdə kənar şəxslərin qəbulu artıq dayandırılıb.
 
Qəzetin məlumatında bildirilir ki, səfirlik terror hücumları barədə xəbərdarlıq alıb. Bununla bağlı, diplomatik nümayəndəliklərin əməkdaşlarının, müəllimlərin və şagirdlərin təhlükəsizliyi üçün zəruri addımlar atılıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.