banner
banner

Sosİal

Bakının əsas yollarında sıxlıq yaranıb

Bakının əsas yollarında sıxlıq yaranıb
Bu gündən etibarən ölkədə yeni tədrisin ilin başlaması ilə əlaqədar Bakı şəhərinin əsas prospekt və küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 
 
"Report" xəbər verir ki, hazırda Bakı-Sumqayıt şosesi (Bakı Beynəlxalq Avtovağzalının qarşısı, paytaxta doğru), Masazır dairəsi, Moskva prospektində nəqliyyat vasitələri hərəkətsiz şəkildə dayanıblar.
 
Həmçinin, "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, bu dəqiqələrdə Üzeyir Hacıbəyov küçəsi (Cavanşir körpüsü istiqamətində), Ziya Bünyadov prospekti, Tbilisi prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi (İnşaatçılar prospektinə doğru), Rəşid Behbudov küçəsi (Mərkəzi Banka doğru), Azadlıq prospekti (Binəqədi şosesi), eləcə də Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Babək prospekti (nisbi sıxlıq), Səməd Vurğun küçəsi (Müasir Təhsil Kompleksinin qarşısı), Koroğlu Rəhimov küçəsi, eyni zamanda Həsən Əliyev küçəsi ("Asan Xidmət"in qarşısı) və Niyazi küçəsində ("İçəri şəhər" metrosu istiqamətində) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. 
 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.