banner
banner

Gündəm

Azərbaycanda milyonçular niyə xəsisdir?

Azərbaycanda milyonçular niyə xəsisdir?
İnformasiya texnologiyaları nəhəngi Microsoftun qurucusu Bill Qeyts var-dövlətinin 95%-ni xeyriyyə məqsədilə ehtiyacı olanlara paylayacaq. Qeyd edək ki, o,  80 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamlarından biridir.  

İtaliya mətbuatına danışan 60 yaşlı milyarder deyib ki, sərvəti onun ehtiyacından qat-qat artıqdır və onun 95 faizindən ümumiyyətlə istifadə etmək perspektivi görmür. “Uşaqlarıma yaxşı təhsil alma imkanı yarada bildiyim və onların həyatları boyunca pulla bağlı probleminin olmayacağını təmin edə bildiyim üçün özümü xoşbəxt hiss edirəm. Amma bu pulun 95 faizi, yəni 76 milyardı yenə də mənim və onların ehtiyacından çoxdur. Mən bu pulu başqalarına yardım etmək məqsədi ilə istifadə edə bilərəm”.

Qeyd edək ki, Bill Qeyts 2007-ci ildən bəri 38 milyard dollarlıq xeyriyyə fəaliyyəti göstərib. Bu pullar ümumilikdə 6 milyon insanın həyatına kömək edib.
 
Xatırladaq ki, Azərbaycanda da yetərincə, milyarder insanlar var, lakin onların heç birindən biz bu cür xeyriyyəçilik təşəbbüsü görməmişik. Bəs, görəsən niyə Azərbaycanın varlı insanları imkansızlara yardım etmir, sərvətinin bir hissəsini messenantlığa ayırmır?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, inkişaf etmiş ölkələrdə bu artıq ənənə halını alıb: “Xarici  ölkələrin təcrübəsi göstərir ki, imkanlı insanlar xeyriyyə məqsədilə külli miqdarda vəsaitlər sərf edirlər. 
 
Məsələn, Soros Fondu dünyanın ən müxtəlif yerlərində demokratiyanın inkişafı üçün vəsaitlər sərf edir. Ancaq çətin  ki, Azərbaycanda hansısa milyarder bu barədə düşünə. Dünyanın hansısa nöqtəsində demokratiyanın olub-olmaması və ya dünyanın gələcəyi onları maraqlandırmır. Azərbaycanda bu cür xeyriyyəçiliyin olmamasının müxtəlif səbəbləri var.  
Birincisi, bu ictimai tərbiyə ilə bağlı olan məsələdir. Tarixdə Azərbaycanın xeyriyyəçiləri çox olub. Məsələn, Hacı Zeynalabdin Tağıyevin əməlləri hələ də insanların yaddaşındadır. Bu gün isə Azərbaycanda bu ənənə yoxdur”.
 
Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri də ölkədə imkanlı insanların bir çoxunun gəlirlərinin qeyri-leqal yolla əldə etməsidir: “Bir çoxları korrupsiya ilə, qanunları pozmaqla, qeyri-leqal fəaliyyətlə, xəyanət yolu ilə bu vəsaitləri əldə ediblər. Cinayət yolu ilə əldə olunan vəsaitin xeyriyyə məqsədilə istifadə olunması da arzuolunan deyil. Azərbaycan müstəqillik qazandıqdan sonra kifayət qədər sürətlə təbəqələşmə getdi. Kasıb təbəqəyə məxsus olan insanların sayı sürətlə artdı. Bu zaman dövlətin də sosial təminat imkanları zəif idi. Sahibkarlarda, biznesmenlərdə isə koorporativ sosial məsuliyyət ənənəsi yoxdur. Digər tərəfdən qeyri-leqal yollarla qazanılmış pulların xərclənməsi onlar üçün hansısa problemlərə yol aça bilər”.
 
Image result for Tağıyev
 
R.Həsənov vurğuladı ki, bu istiqamətdə müzakirə olunan məsələlərdən biri maliyyə amnistiyasının verilməsidir: “Milyarderlər əllərində olan illeqal vəsaitləri tamamilə leqallaşdıra bilsələr, sonradan onun müəyyən hissəsini  xeyriyyəçilik məqsədilə də istifadə edə bilərlər. Ancaq inanmıram ki, onların çoxunun içində bu istək var”. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.