Bütün məşhurların arzusu özünəməxsus geyim tərzi yaratmaq olsa da, hamısı buna nail ola bilmir.
Hər albom üçün imic dəyişən məşhurların sayı olduqca çoxdur. Onlar bəzən yenilik etmək istəyərkən gülməli vəziyyətə düşürlər. Bəzən də geyindikləri Madonna, Rihanna, Ledi Qaqa kimi ulduzların təqlidi olur.
Ancaq Atiyə Türkiyənin yeganə müğənnisidir ki, həm fərqli görünməyi bacarır, həm də heç kimi təqlid etmir. Onun özünəməxsus geyim tərzi gənc qızlar tərəfindən çox bəyənilir.
Atiyə üçün həm səhnədə, həm də gündəlik həyatda rahatlıq ön plandadır. Adətən lasini, tulum, dar şalvar, dəri geyimlər, topik və koftalar geyinməyi xoşlayır. Bütün libaslarının bədəninə tam oturmasına diqqət edir. Bəlkə də bunu gözəl bədən fiqurasını vurğulamaq üçün edir.
Tanınmağa başladığı ilk gündən etibarən səhnəyə lasini və dar şalvarla çıxan Atiyə bir ara tənqidlərə məruz qalmışdı. Onun davamlı eyni stildə geyinməsini lağa qoyurdular. Bəziləri isə Atiyənin ayaqlarının çirkin olduğu üçün davamlı olaraq lasini geyindiyini iddia edirdilər. Sellülitini gizləməyə çalışdığını iddia edənlər də az deyildi.
26 yaşlı gözəl müğənni bu tənqidlərdən sonra stilində biraz dəyişiklik etdi. O, mini donlar və şortlar geyinməyə başladı. Beləliklə, ayaqlarının dünya ulduzlarınkı qədər gözəl olduğunu sübut etdi. Ancaq Atiyə don və yubka modellərini seçərkən də özünəməxsus stilindən kənarlaşmadı. Yenə bədənə yapışan seksual modellərə üstünlük verdi.//Tabloid.az
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.