B12 (sianokobalamin) vitamin çatışmazlığı özünü sinir sistemi, qan damar sistemi və həzm sistemi xəstəlikləri ilə biruzə verir. B12 vitamini çatışmazlığı zamanı dəmir-defisit anemiya və funikulyar mieloz xəstəliyinin əlamətləri özünü daha qabarıq göstərir. Avitaminoz aşağı ətraflarda paresteziyalara, dildə qaşınmalarla da özünü biruzə verir. Cia.Az immunitet.az-a istinadən bildirir ki, B12 çatışmazlığı bütün dünyanın ölkələrində geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik kişi və qadınlar arasında eyni sayda rast gəlinir. Xəstəlik orta və yaşlı adamlarda daha çox baş verir. B12 vitamini çatışmazlığı ən çox ət və süd məhsullarından az istifadə edən adamlarda baş verir. B12 suda həll ola bilən vitaminlərdəndir. Ən çox malın qara ciyərində, böyrəyində, ətində, yumurtada, süddə və soyada olur. Sianokobolamin bağırsaqlarda sitez olunur və yoğun bağırsaqlardan qana sorulur. Orta yaşlı bir adamın sianokobolaminə ola ehtiyacı sutkada 3 mq təşkil edir. Hamilələrdə bu rəqəm 4 mq-a bərabərdir. B12 çatışmazlığı 2 səbəbdən baş verə bilir: 1. Endogen. 2. Ekzogen. Xəstəliyin əmələ gəlməsinə səbəb olan endogen faktorlara helmintozlar, difillobotrioz, hamiləlik səbəb ola bilir. Mədə-bağırsaq xəstəlikləri zamanı dəmirin yaxşı mənimsənilməməsi səbəbindən də B12 vitamini çatışmazlığına səbəb olur. Bu xəstəliklərə aşağıdakılar aiddir: - ağır enteritlər - enteroanastomozlar - yoğun bağırsağın rezeksiyası. Xəstəliyi törədən ekzogen faktorlar isə nadir hallarda rast gəlinir. B12 vitamini çatışmazlığı qanda nuklein turşularının mübadiləsini pozur, bu da eritrositlərin sayının azalmasına səbəb olur. Nəticədə qanda eritrositlərin sayı aşağı düşür və anemiya baş verir. Xəsəliyə diaqnoz qoymaq çətinlik törətmir. Müalicə məqdsədilə xəstəyə əzələ daxilinə B12 vitamini yeridilir, xəstəyə keyfiyyətli qidalarla qidalanmaq məsləhət görülür və müalicə zamanı qanın analizləri nəzarət altında saxlanılır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.