Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim “Vahid Rusiya” Partiyası qalib gəlib.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Mərkəzi Seçki Komissiyası ilkin nəticələri elan edib.
Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb.
Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib.
Xatırladaq ki, deputat mandatı uğrunda 14 siyasi partiya və 2100-ə yaxın müstəqil namizəd mübarizə aparıb. Beləliklə, ilkin hesablamalara əsasən, Dövlət Dumasına seçkilərdə 4 partiya qələbə qazanıb.
“Vahid Rusiya” 135 mandat, Liberal-Demokrat Partiyası və Kommunist Partiyası 37 mandat, “Ədalətli Rusiya” Partiyası isə 16 mandat qazanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.