banner
banner

Gündəm

“İcra başçıları ancaq özlərini düşünürlər”

“İcra başçıları ancaq özlərini düşünürlər”

Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti bölgə camaatını cana-boğaza yığıb. Bəzi vaxtlarda rüşvət müqabilində bu posta sahiblənən icra başçılarının vəzifələrindən sui-istifadə etmələri heç kimə sirr deyil. O da sirr deyil ki, “əyalət padşahları”nın icazəsi olmadan, hətta, göydə uçan quş belə, bir budaqdan o birinə “qona bilməz”. Onların “ok”i olmadan kimsə rayondakı quruma rəhbər təyin olunmaz.

 

Baş verən proseslərdən aydın olur ki, ölkə Prezidentinin hələ bu ilin fevral ayında ard-arda imzaladığı sərəncamlarla 4 icra başçısının öz postunu tərk etməsi kreslosundan bərk-bərk yapışan bəzi “padşahlar”a örnək olmayıb.

 

Maraqlıdır, bütün bu səlahiyyətləri qanunmu onlara verib? Yoxsa, onlar öz “qanun”larıylamı hərəkət edirlər?

 

Bu isə yerlərdə ciddi narazılıqlar yaradır. Umumiyyətlə, rayon icra hakimiyyəti başçıları özlərini necə aparmalıdırlar?

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Modern.az-a deyib ki, bu, tənzimlənən məsələ deyil:

 

“Bunlar daha çox qaydaların mövcud olduğu bir mühitdə yaşanır. Praktik olaraq qanunauyğun olmasa da, qanundakənar qaydada İcra hakimiyyətləri rayon səviyyəsində bütün məsələlərin həllində məsuldurlar.

 

Bu da idarəetmə sistemi ilə bağlı məsələdir. Əgər gerçəkdən yerli icra orqanlarının fəaliyyəti gücləndirilsəydi və həqiqətən cəmiyyətin problemləri önə çəkilsəydi, tamam başqa situasiyanın şahidi olardıq. Yəni, bələdiyyə qurumunun vətəndaşın problemlərinə yanaşması, yaxud müəyyən məsələlərdə aktiv rol alması daha faydalıdır, nəinki təyin olunan şəxslərin.

 

Təyin olunan şəxslər ancaq özlərinə aid məsələləri düşünürlər, verilən tapşırıqları icra edir və vətəndaşın nə düşündüyü ilə maraqlanmırlar. Bu da idarəetmə nöqsanı ilə bağlı hallarda üzə çıxır. Bələdiyyə orqanları olanda icra qurumlarının bu fəaliyyəti yolverilməz olur”.

 

Deputat bildirib ki, qonşu Türkiyədə məhz idarıetmənin bu formasından istifadə olunur:

 

“Məsələn, Türkiyədə idarəetmə  koordinator, vali formasında olur. Amma əsas iş bələdiyyələrin üzərinə düşür. Bu gün İcra Hakimiyyətinə məxsus funksiyaların 90 faizini Türkiyədə bələdiyyələr həyata keçirir. Xalqa daha yaxın qurumlar olduğundan problemləri anlayır, hər hansı bir şəkildə məmurların işdən özbaşına çıxarılmasına yol vermirlər. Çünki, bələdiyyə gəldi-gedərdir, məmursa qalıcıdır. Məmurun hüquqları var və qorunur. Bunlar çox ciddi məsələlərdir və təəssüf ki, bizdə hələ bərqərar olmayıb”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.