“İsgəndər” raketləri Azərbaycana qarşı istifadə oluna bilər” – Hərbi ekspert
“İsgəndər” raket kompleksi hər bir silah kimi qorxu və təhlükə yaradır. Amma bizim cəmiyyətdə heç bir mənfi təsir yaratmağı hiss olunmur. Çünki bu raketin təhlükəsi o qədər də yüksək deyil. Amma bu raketlərdən Azərbaycana qarşı istifadə oluna bilər”.
Bu sözləri cia.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Ekspert deyir ki, həmin tipli raketlərdən bizim ordumuzda da var.
“ Biz də raketlərimizdən Ermənistan ordusuna qarşı istifadə edə bilərik. Bunu ermənilər də çox yaxşı bilirlər. İskəndər raket kompleksi maksimum 300 kilometri vurur. Ermənilər Bakını vurmaq üçün bu raket kompleksini Qarabağda yerləşdirməlidirlər. Əks halda Bakını vura bilməzlər. Amma biz Naxçıvandan Ermənistanın paytaxtın darmadağın edə bilərik”.
Azad İsazadənin fikrincə ,Qarabağ döyüşlərində də belə bir raketdən istifadə olunmayacaq.
“Çünki İskəndər raketinin məqsədi və funksiyası fərqlidir. Ona görə də belə ağır silah formaları daha çox təziq və nümayiş formasını daşıyır. Çünki desinlər ki, bizdə belə bir silah var. Gəlməyin üstümüzə. Bu İskəndər raketi gələcəkdə nə Azərbaycana nə də ordumuza heç bir təsir edə bilməyəcək”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.