Ermənilər Ağdamın işğal olunmuş ərazilərində hərbi təlim keçir
Erməni silahlı bölmələri Ağdamın işğal olunmuş ərazilərində hərbi təlimlərə başlayıb.
APA-nın xəbərinə görə, müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam şəhərində zirehli texnika və artilleriya qurğularından istifadə etməklə təlim keçir.
Ağır artilleriya qurğularından atılan mərmilər dağ massivlərinə dəydikdən sonra yaranan toz və tüstü dumanı təmas xəttindəki kəndlərdən görünür. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.