ABŞ amerikalı və britaniyalı girovların edamı zamanı video yazılardada göstərilən İŞİD yaraqlısının kimliyini müəyyən edib.
ANS PRESS-in məlumatına görə, bu barədə bazar ertəsi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin katibinin müavini Mariya Harf CNN-nə müsahibəsində deyib.
“Biz güman edirik ki, bu insanın kimliyini müəyyənləşdirmişik və onu tapmaq niyyətindəyik”- deyə xanım Harf bildirib. Lakin bununla yanaşı Dövlət Departamentinin nümayəndəsi “Cihadçı Con” ləqəbi ilə tanınan terroristin adını və ya ona aid hər hansı bir məlumatı açmaqdan imtina edib.
Hanım Harf bildirib ki, “Bunu ictimailəşdirməməyin bir sıra səbəbləri var. Onun kim olduğunu bildiyimizə əminik və daha çox məlumat vermək lazım olduğunda biz bunu edəcəyik. Lakin hazırda bu (məlumat) qorunur”.
O videoyazıdakı insanın məhz cəllad olmadığı, girovları öldürənin kadrdan kənar bir insanın olması fikri ilə də razılaşıb. “Videoda edamı hər dəfə göstərmirlər. Lakin mütləq ki, o da buna cəlb edilib” deyə hanım Harf bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.