banner
banner

Şou

Ancelina Coli və Bred Pit niyə boşanır? - açıqlama+səbəblər

Ancelina Coli və Bred Pit niyə boşanır? -

Hollivudun ən məşhur cütlüyü - Ancelina Coli və Bred Pitin boşanması hazırda maqazin dünyasının ən çox danışılan mövzusudur.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bir müddətdir yayılan söz-söhbət cütlük tərəfindən dəfələrlə təkzib edilsə də, onlar ailələrini xilas edə bilməyiblər. 

Dünən B.Pitt sükutu pozaraq boşanma haqda ilk açıqlamasını da verib:

"Baş verənlərə çox kədərlənirəm. Hazırda ən vacib nüans uşaqlarımızın sağlamlığı və sakiltiyidir. Jurnalistlərdən xahiş edirəm ki, bu çətin vaxtlarda uşaqlarımı narahat etməsinlər".

Boşanmanın təşəbbüskarı olan A.Coli isə ötən bazar günü sənədlərini məhkəməyə təqdim edib. O, baş verənlər haqda danışmaq istəmir. Hüquqşunas Robert Offer bildirib ki, "Ancelina ailənin yaxşılığı üçün boşanmağa qərar verib" deyib. R.Offerlə yanaşı boşanma məsələsində vəkil Lora Vasser də iştirak edəcək. O, hazırda Ember Herdlə boşanan Conni Deppin də maraqlarını müdafiə edir.



Deyilənlərə görə, onların boşanmasına səbəb uşaqların tərbiyəsindəki fikir ayrılıqlarıdır. Belə ki, aktrisa uşaqları himayəsinə götürüb onları tək tərbiyə etmək niyyətindədir. Ailəyə yaxın mənbələr bildirir ki, hər iki ulduz uşaqlar üçün çox narahatdırlar. Cütlüyün nikahında son zamanlar problemlər olsa da, onların boşanma qərarı yaxınları üçün də gözlənilməz olub. 12 illik münasibət quran, bu yaxınlarda toylarının 2 illiyini qeyd edən ikili haqda müxtəlif şayiələr də gəzir.

Boşanmaya səbəblərdən biri kimi, Bred Pitin yeni "Müttəfiqlər" (Allied) filmindəki tərəf müqabili fransız aktrisa Marion Kotiyyar da göstərilir. Onların arasında yaxınlaşmanın olması və Colinin bundan xəbərinin olması deyilir. Bir müddət əvvəl isə Coli ərini uşaqların dayəsinə qısqandığı üçün qadını evindən qovmuşdu. Digər səbəb isə Colinin sürətlə arıqlaması da ola bilər. Bir müddət əvvəl B.Pittin xanımına "arıqlamağa davam etsən, düzgün qidalanmasan səndən boşanacağam" deməsi də yayılmışdı.



Bəzi media qurumları isə toydan sonra ikili arasında münasibətin gərginləşdiyini iddia edir.

Tanınmış cütlüyün əsas problemlərindən birinin maddiyat olduğu söylənilir. Onlar arasında ziddiyət Fransadakı evləri ilə başlayıb. Ancelina evi satmaq istəsə də, Pitt buna mane olub. Aktrisa Londona köçərək siyasi fəaliyyətini genişləndirmək istəyir. Eyni zamanda Coli gəlirli müqavilələrdən imtina edərək fəaliyyətini sosial layihə və xeyriyyə tədbirlərinə daha çox vaxt ayırmaq istəyir. B.Pitt bunun ailə büdcəsinə 30 milyon dollar ziyan vurduğunu deyərək etirazını bildirib.

Qeyd edək ki, 2005-ci ildə "Mister və Miss Smit" filmində tanış olan cütlüyün 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb - 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.