Cem Yılmaz sevgi iddialarına cavab verdi - fotolar
Bir müddətdir Ebru Şallı ilə eşq yaşadığı haqqında xəbərlər çıxan və bu zamana qədər bu barədə danışmayan komediya ustası Cem Yılmaz iddialara cavab verib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz iddiaları təkzib edib və Ebru Şallının yaxın dostu olduğunu söyləyib.
O, medianı da tənqid edərək “İllərdir sizin sayənizdə böyük sevgilər yaşanır və bitir” deyib.
Qeyd edək ki, C.Yılmaz və E.Şallı bu yay bir neçə tətildə birlikdə görünmüşdülər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.