Bu gün Topaz Premyer Liqanın III turundan təxirə salınmış bir oyun keçiriləcək.
Qol.az-ın məlumatına görə, "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edəcək.
Roman Qriqorçukun komandası üçün bu matçın əhəmiyyəti böyükdür. Çünki “qırmızı-qaralar” qələbə qazanmaqla turnir cədvəlinin ilk pilləsinə yüksələ bilər.
22 sentyabr
17:00. "Qəbələ" – "Sumqayıt" Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə Qəbələ şəhər stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.