banner
banner

Dünya

Rusiya antibiotikləri əvəz edə biləcək preparatların sınağına başlayır

Rusiya antibiotikləri əvəz edə biləcək preparatların sınağına başlayır
Rusiyalı alimlər ənənəvi antibiotikləri əvəz etmək iqtidarında olan innovasiya preparatının klinik sınaqlarına başlamağa hazırdır.
 
"Report" xəbər verir ki, bu barədə BMT baş qərargahında antibiotiklərə müqavimət məsələlərinə həsr olunmuş iclasdan sonra jurnalistlərə açıqlamasında Rusiyanın səhiyyə naziri Veronika Skvortsova məlumat verib.
 
"Bu, Rusiya biotibbinin güclü inkişaf vektorudur. Biz bu sahədə artıq ilk uğurlarımızı qazanmışıq. Bizdə heyvanlar üzərində aparılan sınaqlar zamanı ağır infeksiyalar, o cümlədən qram mənfi infeksiyalara qarşı öz səmərəliliyini göstərən preparatlar var", - deyə o əlavə edib.
 
Nazirin sözlərinə görə, Rusiya klinik sınaqlarda uğur qazanacağı təqdirdə özünü və digər ölkələri antibiotiklərə qarşı müqavimət problemlərindən qoruya bilər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.