banner
banner

Dünya

ABŞ erməniləri Obamaya qarşı çıxdılar

ABŞ erməniləri Obamaya qarşı çıxdılar
ABŞ erməniləri Ermənistanın Müstəqillik günü ilə bağlı Ağ Evin bəyanatını kəskin tənqid ediblər.
 
Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən bildirir ki, Amerika Erməni Milli Konqresinin icraçı direktoru Aram Ambaryan bəyanatda “erməni soyqırımı” barədə bir kəlmənin də olmadığını vurğulayıb. O xatırladıb ki. Barak Obama 2008-ci ildə seçicilərin səslərini toplamaq xatirinə bu amildən istifadə etmişdi.
 
Ambaryanın sözlərinə görə, bəyanatda Qarabağ məsələsinə də toxunulmur. “Sükut Bakıya təhlükəli siqnal yollayır”, - o deyib.
 
İcraçı direktor xüsusi olaraq qeyd edib ki, Obama administrasiyası “Biz o günlərin vədlərinə sadiq qalmaqda davam edirik” ifadəsini işlədib və bunu “erməni soyqırımı”nın tanınması baxımından prezidentin yerinə yetirilməmiş vədinə aid etmək daha düzgün olardı.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.