Türkiyə İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirib
Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Məlumata görə, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək “Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib. Bundan başqa, Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endiriblər. Əməliyyat nəticəsində çoxlu sayda terrorçu məhv edilib.
Qeyd edək ki, Türkiyənin Kilis şəhəri bu gün İŞİD-in Suriyadakı mövqelərindən atəşə tutulub. Nəticədə beşi uşaq olmaqla altı nəfər yaralanıb.
Cia.az "Sputnik Gürcüstan" informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanda DİN əməkaşlarına hücum faktları ilə bağlı cinayət işi qaldırılıb.
Mayın 1-nə keçən gücə Tbilisinin mərkəzində "Xarici təsirin şəffaflığı" qanun layihəsinin əleyhinə keçirilən aksiyalarda 63 nəfər saxlanılıb, 6 nəfər asayiş keşikçisi yaralanıb. Saxlanılanlar xırda xuliqanlıqda və polisin göstərişlərinə tabe olmamaqda ittiham edilirlər.
"İstanbul çox böyük bir fəlakətlə üzləşə bilər. Artıq İstanbulu zəlzələyə hazırlamağın vaxtıdır. Bütün gücümüzlə hökumətimiz və elm dünyamızla səy göstərməliyik. Şəhəri dərhal zəlzələyə dayanıqlı hala gətirməliyik".
Cia.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisidə müxalifət parlament binasının qarşısında yenidən mitinq keçirməyə başlayıb. Nümayişçilər xarici agentlər barəsində qanun layihəsinin əleyhinə çıxışlar edirlər. Yüzlərlə mitinq iştirakçısı fit çalaraq və layihənin əleyhinə plakatlar qaldıraraq etirazlarını bildirib.
Rusiyanın Ukraynanın enerji sisteminə raket hücumları, onun ikinci ən böyük şəhərini bombalaması və cəbhə boyu irəliləyişlər Ukraynada müharibənin dönüş nöqtəsinə yaxınlaşması qorxusunu artırır.