banner
banner

Dünya

Gürcüstan paytaxtında yaşayış binasını ildırım vurub

Gürcüstan paytaxtında yaşayış binasını ildırım vurub

Cümə günü, sentyabrın 23-də axşam saatlarında Gürcüstana yağan leysan yağışları bir sıra ciddi problemlər yaradıb. Paytaxt Tbilisinin Diğomi rayonunda yaşayış binasına ildırım düşüb.

Bu barədə şəhərin meri David Narmaniya məlumat verib. Mer bildirib ki, xoşbəxtlikdən ciddi dağıntı və insan tələfatı olmayıb.

Güclü yağış nəticəsində paytaxt Tbilisinin mərkəzi “Azadlıq” meydanında, Diğomi, Samqori rayonlarında evlərin birinci mərtəbələrinə, Ablavari metrosuna su dolub. Rustaveli prospektində yol bağlanıb. (“Report”)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.