banner
banner

Sosİal

Bakıda borclu abonentlərin işıqları kəsilir

Bakıda borclu abonentlərin işıqları kəsilir

Ötən gündən başlayaraq“Azərişıq” ASC borclu abonentlərə elektrik enerjisinin verilişini dayandırır.

Virtualaz.org xəbər verir ki, Nizami rayonunda yaşayan sakinlərin bildirdiyinə görə, ötən gün axşam saatlarındanenerji verilişinin dayandırılmasınabaşlanıb.

“Doğrudur, verilən qəbzin üzərində elektrik enerjisi haqqını 10 gün ərzində ödəmək tələb olunur. Amma axşam vaxtı işığımızı kəsirlər. Sabah və o biri gün şənbə-bazara düşür. Bazar ertəsi isə referendumla bağlı ölkədə qeyri-iş günüdür. Sakin ödənişi eləsə belə, onun işığını bərpa etmək mümkün olmayacaq. Heç olmasa, işığı kəsilən sakinlərin qapısını döyüb xəbərdarlıq etmək olmazdımı? İşığı həftənin əvvəlində kəsmək daha doğru olmazmı?”, - deyə sakinlər bildirdilər.

Faktla bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. ASC rəsmisinin sözlərinə görə, iş və ya qeyri-iş gününə düşməsindən asılı olmayaraq, hansı gün elektrik enerjisinin haqqı ödənilirsə, enerji verilişi həmin vaxtbərpa olunur:

“Biz elektrik enerjisinin verilişinidayandırmaqla bağlı gün seçmirik. Xəbərdarlıq edirik və qanun daxilində də dayandırırq. Əslində,elektrik enerjisini kəsmək bizə də rahat deyil, əlavə texnika cəlb edirik, əlavə xərc çəkirik. İstərdik ki, abonentlər vaxtında istifadə etdikləri enerjinin haqqını ödəsinlər. Amma elektrik verilişi dayandırlırsa, bizim əməkdaşlar qeyri-iş və ya bayram günlərində də onu bərpa edə bilərlər. Bu zaman əraziyə nəzarət idarələri və ya qəza xidmətinə məlumat verilməlidir”.

T.Mustafayev həmçinin bildirdi ki, əgər elektrik enerjisinin haqqı ödənməyibsə, həmin abonentlərə xəbərdarlıq edilir. Hətta elə abonentlərvar ki, onların mobil telefonuna və “WhatsApp”akkauntuna məlumat göndərilir və qapıları döyərək xəbərdarlıq edilir

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.