banner
banner

Dünya

BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başa çatıb

BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başa çatıb
Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında dövlət, hökumət və xarici siyasət idarələri başçılarının iştirakı ilə ümumi siyasi diskussiya başa çatıb.
 
APA-nın məlumatına görə, bu il Baş Assambleyanın sessiyasında 130 dövlət və hökumət başçısı, 50-dək XİN rəhbəri səfər edib.
 
BMT Baş Assambleyasının 71-ci sessiyasında əsasən qaçqın və miqrantların problemi, eləcə də Suriya böhranı diqqət mərkəzində olub.
 
Xatırladaq ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Səfər çərçivəsində xarici işlər naziri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxış edib. Sessiya çərçivəsində keçirilən bir sıra toplantı və iclaslarda iştirak edib, ikitərəfli görüşlər keçirib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.