Türkiyədə yaşayan azərbaycanlı müğənni Aygün İsmayılova Miyak “O səs Türkiyə” müsabiqəsində duelə çıxıb.
CİA.Az axşam.az-a istinadən xəbər verir ki, Mazhar-Özkan cütlüyünü seçmiş Aygün Ezgi Delal adlı komanda yoldaşıyla Uitney Hyustonun repertuarından “How will I know” mahnısını səsləndirib.
Mazhar Alanson və Özkan sonda həmyerlimizi seçərək, yarışmaya onunla davam etmək istədiklərini deyiblər.
Sənətçinin həyat yoldaşı Haluk Mıyak yenə də Aygünə dəstək üçün gələnlər arasında olub.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı Türkiyənin “TV8” telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə müğənnilər Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.