Müğənni Röya Ayxan yenidən televiziya aparıcısı olacaq.
Axşam.az-ın məlumatna görə, sənətçi bu barədə İnstaqram hesabında məlumat verib:
"Xəbəriniz olsun, bir aya çox böyük və möhtəşəm bir tv proqram ilə evinizin qonağı olacağam. 8 aydır üzərində çalışılan verilişdə iki saat sizinlə oxuyub, deyib-güləcəyik".
Müğənni "Röya Show" adlı proqramın hansı telekanalda yayımlanacağı barədə məlumat verməyib.
Qeyd edək ki, Röya 2008-ci ildə Lider TV-də "Özümüz bilərik" tok-şousunun aparıcısı olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.