banner
banner

Gündəm

“Lənkəranski”nin yerinə onu gətirdilər - Təfərrüat

“Lənkəranski”nin yerinə onu gətirdilər -
Avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin (“Lənkəranski”) ötən həftə sonu 40 mərasimi keçirilib. Bu müddətdə “Lənkəranski”nin qətli ilə bağlı bir çox suallar açıq qalıb. 
Qətlin sifarişçisi və icraçıları haqda da  geniş bilgi yoxdur. “Lənkəranski”nin kriminal və biznes imperiyasına bundan sonra kimin sahib olacağı haqda da danışılmır. Musavat. comu-un məlumatına görə, 40 mərasimində Türkiyədən çox nüfuzlu bir avtoritet gəlib. Həmin nüfuzlu avtoritet  Türkiyədə “Lənkəranski”nin yerinə  kimin olacağı ilə bağlı söhbət aparıb. 
Mənbəmiz deyib ki,  “Lənkəranski”nin ən yaxın adamı, qətlidən sonra İstanbulda həbs edilən “Hacı Beyləqanski” indilikdə klana rəhbərlik etmək durumunda deyil. Qeyd edək ki, İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnib və avqustun 18-dən həbsdədir.  Mənbəmiz deyib ki, bu səbəbdən məsləhətləşmələrdən sonra klanın Türkiyəyə cavabdeh şəxsi kimi gürcü Qoça tanınıb.  
 Böyük ehtimalla söhbət  “Kurşa” ləqəbi ilə tanınan Qoça Çinçaridzeden gedir.  Çünki o da son illər Türkiyəyə mütəmadi olaraq gedib-gəlirdi.  
Qoça 5 iyul 1972-ci ildə  Kabuletidə(Gürcüstan)anadan olub.  O, “qanuni oğru” adını 1992-ci ildə, cəmi 19 yaşı olanda alıb. 
Moskva, Odessa və Ukraynada  məskunlaşan  Qoça son illər Türkiyədə sığanacaq tapıb.  44 yaşlı “qanuni oğru”ilk dəfə 1993-cü ildə Batumidə həbs edilib və 6 ay dustaq həyatı yaşayıb. 2006-cü ildə Moskvada yenidən həbs edilən “Kurşa”6 aydan sonra yenə azadlığa buraxılıb. Rusiyada sonuncu  dəfə 2006-cü ildə deportasiya olunub və o zamandan şimala üz tutmayıb
Son 10 ildə də o, Ukraynada, əsasən də  Odessada məskunlaşıb. Belə güman etmək olar ki, “Rövşən Lənkəranski”Türkiyədə  məskunlaşandan sonra o da bu ölkəyə köçüb. Sonuncu dəfə onu Ukraynadan bu ilin aprelində deportasiya ediblər. “Kurşa”nın  2013-cü ildə Gürcüstanda böyük amnistiya nəticəsində həbsdən azad edildiyi qeyd olunsa da, onun hansı səbəbdən mühakimə olunduğu haqda “oğru bioqrafiyasında” məlumat yoxdur. 
Bildirək ki, bu günlərdə Berlində “Lənkəranski”nin  düşmənlərinə qarşı türk və çeçen mafia klanlarının  birləşməsi xəbəri də yayılmışdı. Bildirilirdi ki, klanların birləşməsi “Rövşən Lənkəranski”nin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun (“Şeyx Həmzət”) təşəbbüsü ilə baş verib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.