banner
banner

Gündəm

Xəbər boşluğunu hansı kanal dolduracaq?

Xəbər boşluğunu hansı kanal dolduracaq?
ANS telekanalının öz fəaliyyətini dayandırması ilə telexəbər məkanında da bir boşluq yarandı. Hər nə qədər zaman-zaman tənqidlərə məruz qalsa da, ANS xəbər məkanında öz sözünü deyən kanallardan olub. Bir çox hallarda isə rəqib kanalları operativliyi, dəqiqliyi ilə geridə qoyub. Bundan başqa, gündə bir neçə dəfə xəbər buraxılışı hazırlayıb efirə verən kanalın tamaşaçıları indi alternativlərə üz tutmaq zorunda qalıblar. 

Məhz bunun nəticəsidir ki, artıq ATV gün ərzində xəbər buraxılışlarının sayını artırıb. Eyni rəqabət tempi “Xəzər” telekanalına da aiddir. ANS-in xəbər məkanındakı yerini öz aralarında bölüşdürmək istəyən rəqibləri bu mənada xeyli irəliləyiş də ediblər. 
 
Daha bir yenilik isə ANS-in aparıcı simalarının başqa kanallarda işləməsidir. Bunlardan biri də aparıcı Aytən Səfərovadır ki, o da yeni mövsümdə telekanalda xəbərlər aparıcısı kimi də efirə çıxıb. A.Səfərova ilə yanaşı “Xəbərlər” departamentində yeni simalar da var.  Onlardan biri Ariz Tarverdiyev, digəri isə Əsmər Nəcməddinqızıdır. Hər ikisi bundan əvvəl ATV-də müxbir kimi çalışıblar. 
 
Media eksperti Zeynal Məmmədli deyir ki, ANS-in teleməkanda fəaliyyət göstərməsi onun çoxrənglilik yaratmasının sübutu idi. Onun sözlərinə görə, hazırda rənglərdən birinin itməsi mənzərəni dəyişir: “ANS bir rəng idi. Bu baxımdan, onun gedişi itkidir. Söhbət təkcə bir telekanaldan getmir. Söhbət həm də konkret müəllifdən gedir. O xəbərdə bir müəllifin gedişi də olur. O müəllif işini itirirsə, başqa bir televiziyada yerini tapırsa, yaxşıdır. Amma əks halda, müəllif də, onun verilişi də itki sayılır”. 
 
Z.Məmmədli dedi ki, ANS-in televiziya məkanında olmaması rəng itkisidir. Müsahibimiz “onun rənginin yerini kimsə doldura biləcəkmi” deyə sual etdi. Ekspertə görə, bu, başqa bir müzakirənin mövzusudur. 
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.