banner
banner

İdman

Çempionlar Liqasında II tura yekun vurulub - NƏTİCƏLƏR

Çempionlar Liqasında II tura yekun vurulub - NƏTİCƏLƏR
Bu gün futbol üzrə Çempionlar Liqasında II tura yekun vurulub. 
 
"Report"un məlumatına görə, ikinci oyun günündə 8 qarşılaşma keçirilib. Türkiyənin "Beşiktaş" klubu Ukrayna "Dinamo"sunu qəbul edib. İstanbul komandası "Benfika" ilə səfər matçında olduğu kimi, 1:1 hesablı heç-heçə edib. Ancaq bu dəfə "Qara qartal" hesabı açan tərəf olub.
 
Gecənin daha bir maraqlı oyunu İspaniyada baş tutub. Madrid "Atletiko"su Almaniyanın "Bavariya" klubunu yeganə qolla məğlub edib.
 
Günün ən məhsuldar matçı Şotlandiyada olub. "Seltik"lə "Mançester Siti" arasında Britaniya derbisi 3:3 hesablı bərabərliklə nəticələnib. Bu qrupun digər oyununda "Barselona" əzmkar qələbə qazanıb. Türkiyə yığmasının kapitanı Arda Turan vurduğu qolla qələbədə pay sahibi olub.
 
Çempionlar Liqası, qrup mərhələsi, II tur
 
A qrupu
 
22:45. "Arsenal" (İngiltərə) - "Bazel" (İsveçrə) - 2:0
Qollar: Teo Uolkot, 7, 26
22:45. "Ludoqorets" (Bolqarıstan) - PSJ (Fransa) - 1:3
Qollar: Natanael, 16 - Bleyz Matyudi, 41, Edison Kavani, 55, 60
Xal durumu: PSJ - 4, "Arsenal" - 4, "Ludoqorets" - 1, "Bazel" - 1.

B qrupu
 
22:45. "Beşiktaş" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1
Qollar: Rikardo Quaresma, 29 - Viktor Çiqankov, 65
22:45. "Napoli" (İtaliya) - "Benfika" (Portuqaliya) - 4:2
Qollar: Marek Hamşik, 20, Dries Martins, 51, 58, Arkadiuş Milik, 54-pen - Qonsalo Quedes, 41, Eduardo Salvio, 86
Xal durumu: "Napoli" - 6, "Beşiktaş" - 2, "Dinamo" - 1, "Benfika" - 1.
 
C qrupu
 
22:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Torqan Azar, 34 - Arda Turan, 65, Jerard Pike, 74
22:45. "Seltik" (Şotlandiya) - "Mançester Siti" (İngiltərə) - 3:3
Qollar: Musa Dembele, 3, Rəhim Sterlinq, 20-öz qapısına, Stuart Armstronq, 58 - Fernandinyo, 12, Rəhim Sterlinq, 28, Duran Nolito, 55
Xal durumu: "Barselona" - 6, "Mançester Siti" - 4, "Seltik" - 1, "Borussiya" - 0.
 
D qrupu
 
22:45. "Ateltiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) - 1:0
Qol: Yannik Karrasko, 35
22:45. "Rostov" (Rusiya) - PSV (Hollandiya) - 2:2
Qollar: Dmitri Poloz, 8, 37 - Devi Propper, 14, Lük de Yonq, 45
Xal durumu: "Atletiko" - 3, "Bavariya" - 3, PSV - 1, "Rostov" - 1.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.