Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi” və Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Cia.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Novxanı qəsəbəsinin, həmçinin Şəmkir rayonunun Dəllər-Cəyir və Cırdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Şəmkir şəhərinin, eləcə də Bərdə və Oğuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.