banner
banner

Dünya

9 yaşlı uşaqdan ABŞ-a dərs

9 yaşlı uşaqdan ABŞ-a dərs
Azyaşlı Zianna Olifant Şarlottada qaradərili amerikalı Keyz Lamont Skottun bir polis tərəfindən öldürülməsindən sonra şəhər məclisində irqçiliyə qarşı həssas fikirlərlə çıxış edib.
 
Axar.az xəbər verir ki, 9 yaşlı qaradərili qız fikirləri ilə ABŞ və dünyanın diqqətini polis şiddəti və irqçiliyə çəkib.  
 
“Biz etiraz etməyə məcbur edilməməliyik. Ancaq siz bizimlə düzgün rəftar etmirsiniz. Etiraz edirik, deməli, etmək məcburiyyətindəyik. Biz qaradərili xalqıq və özümüzü belə hiss etməyimiz lazımdır. Ata–analarımızın ölməsi bir utancdır, onları bir daha görməyəcəyik. Onların məzarına getmək məcburiyyətində qalmağımız da sizinçün bir utancdır”.
 
Ziannanın anası qızının məclisdəki nitqinin planlaşdırılmadığını bildirib.
 
Polis gülləsi ilə həyatını itirən 43 yaşlı Skot 7 uşaq atası olub. Şarlottadakı hücumla bağlı etiraz aksiyası təşkil edən nümayişçilər “Qaradərililərin həyatı dəyərlidir” devizi altında çıxış edərək Bələdiyyə naziri Cennifer Roberts Təhlükəsizlik idarəsinin müdiri Kerr Putni və millət vəkillərinin istefa verməsini istəyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.