Müğənni Murad Boz keçmiş sevgilisi Eliz Sakuçoğlunun sosial mediada 1 ay öncə paylaşdığı videosunu bəyənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun bu hərəkəti hazırki sevgilisi Aslı Enverin sərt etirazına səbəb olub.
M.Boz daha sonra etdiyi bəyənməni geri alıb.
Qeyd edək ki, bu günlərdə Muradın Aslı ilə arasının pis olduğu və müğənni Hadisə ilə sevgi yaşadığı iddiaları səsləndirilir. Lakin hər iki tərəf İnstaqramda açıqlama yayaraq iddiaları yalanlayıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.