banner
banner

Dünya

Liviyada hollandiyalı jurnalist öldürülüb

Liviyada hollandiyalı jurnalist öldürülüb
Liviyanın Sirt şəhərində hollandiyalı jurnalist öldürülüb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Niderlanddan olan jurnalist şəhərdə baş verən döyüşləri işıqlandırdığı zaman həlak olub.
 
“Bu gün bir hollandiyalı jurnalist İŞİD snayperinin gülləsinə tuş gəlib.  O, sinəsinə aldığı güllə yarasından dünyasını dəyişib”, deyə Misrata şəhər xəstəxanasının nümayəndəsi bildirib.
 
Liviyanın Sirt şəhəri 2015-ci ildən İŞİD silahlılarının nəzarəti altındadır.  May ayından  şəhər uğrunda terrorçular və Liviya ordusu arasında şiddətli döyüşlər gedir. 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.