|
Millimizin futbolçusu Kamran Ağayevin qapıçısı olduğu “Boavişta” bu gün Portuqaliya çempionatında 7-ci turun oyununa çıxıb. Qol.az-ın xəbərinə görə, onlar öz meydanlarında “Moreirense”yə 2:0 hesabı ilə qalib gəlib. İlk dəqiqədən sonadək meydanda olan K.Ağayev 26-cı dəqiqədə penaltini dəf edib. “Boavişta”nın üzvü olan digər futbolçumuz Emin Mahmudovun adı isə matçın sifariş ərizəsinə salınmayıb. Qeyd edək ki, bu qələbə sayəsində xalını 8-ə çatdıran “Boavişta” turnir cədvəlində 13-cü pilləyə qalxıb. cia.az
|


