banner
banner

Dünya

Evli olduğu qadın nəvəsi çıxdı

Evli olduğu qadın nəvəsi çıxdı
ABŞ-ın Florida ştatında ağlasığmaz bir hadisə baş verib. Özündən 44 yaş kiçik bir qadınla evli olan adam keçmiş ailə albomuna baxanda şok həqiqətlə üzləşib. Həmin həqiqət isə qadının onun bioloji nəvəsi olmasıdır. 

“İndependent” qəzetinin xəbərinə görə, 68 yaşlı milyonerlə 24 yaşlı həyat yoldaşı bu həqiqəti üç ay öncə fərq ediblər. Hadisə belə baş verib: ər-arvad köhnə ailə albomuna baxırlarmış. Adam ilk həyat yoldaşından olan və illərdir üzünü görmədiyi oğlunun şəklini arvadına göstərərək, “şəkildəki böyük oğlumdur” deyib. Qadın isə “bu adam mənim atamdır” söyləyib. Hər ikisi bu gerçək qarşısında şoka düşsələr də, boşanmağı düşünmürlər. Cütlük bir evləndirmə agentliyində tanış olub. Kişi həyat yoldaşı ilə evlilik anı barədə bunları deyib: “Onun şəklini ilk dəfə gördüyüm zaman özümü qəribə hiss etdim, dejavu oldum(daha öncə bu anı yaşama hissi). Tanımırdım, amma ailəmdən biri kimi idi sanki”. 
 
Maddi problemlər ucbatından 2009-cu ildə ikinci evliliyini də bitirən adam iki il sonra böyük lotoreya qazanaraq milyoner olub. 

musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.