Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq. Bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, "Düşmənlə öz dilində mübarizə aparaq!" devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur. “6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mənə müraciət edə bilərlər”,-deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18-00-da başlayacaq.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.