“Aşk laftan anlamaz” serialının aktrisası Hande Erçelin model bacısı Qamze Erçel də aktrisa olmaq qərarına gəlib.
Axşam.az Türkiyə məttbuatına istinadən xəbər verir ki, sosial mediada populyar olan Qamze “Umuda kelepçe vurulmaz” serialında ilk aktrisalıq təcrübəsi yaşayacaq.
Onun hansı rolda və neçə seriya oynayacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, Erçel bacıları birlidə çəkdirdikləri fotolarını tez-tez sosial mediada paylaşaraq diqqət cəlb edirlər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.