banner
banner

Hərbİ

Girovlar qaytarıla bilər

Girovlar qaytarıla bilər

"Prezidentin tapşırığı ilə dünyanın 7 beynəlxalq təşkilatına girovlarla bağlı məktub göndərmişəm. Azərbaycan hökuməti adından BMT-nin baş katibi, Avropa Şurasının baş katibi, Avropa İttifaqı, ATƏT-in prezidenti, BQXK, BMT-nin qaçqınlar üzrə ali kommisarına müraciətələr ünvanlanıb".

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, artıq müraciətlərin yeddisinə də cavab gəlib. Ə.Həsənov bəzilərinin məsələyə formal yanaşdığını desə də, bəzilərinin obyektiv yanaşdığını, hətta üzr istədiyini deyib.

"Mən bunlar bu yaxınlarda mətbuata verəcəm ki, dərc olunsun. İctimaiyyət də görsün ki, beynəxalq təşkilatar nə ilə məşğudur. Əgər belə bir məsələyə beynəlxalq təşkilat biganə yaraşırsa, ən yaxşı halda üzr istəyirsə o kimə lazımdır?".

Komitə sədri beynəxalq təşkilatların öz funksiyalarını yerinə yetirməməsindən, ya icra etməməsindən, ya da etmək istəmədiklərindən təssüfləndiyini də qeyd edib.

Baş nazirin müavini prezidentin də bu məsələ ilə bağlı mütəmadi olaraq maraqlandığını deyib. Ə.Həsənov Ramil Səfərovu ölkəyə gətirən prezidentin girovları da, öz torpağımızda azad edəcəyinə əmin olduğunu deyib.

"O torpaqlar bizimdir. Bundan əlavə Azərbaycan Avropa Şurası, Avropa məhkəməsinə müraciət etmək üçün sənədlər hazırlayıb. Burada da fikir ayrılıqları var. Belə ki, bəzi hüquqşünaslar deyir biz müraciətlə bu Xankəndində olan məhkəməni tanımış oluruq. Ancaq mən hesab edirəm ki, bu qeyri-adi vəziyyət olduğu və heç bir beynəlxalq qanunvericilik, konvensiya bu şəraitə uyğun gəlmədiyi üçün bu yanaşmalar düzgün deyil. Biz müraciyətimizi, tələbimizi etməliyik. Xankəndi,Şuşa öz torpağımızdır. Ancaq bu vəhşiliyi onlar törədiblər biz sakit durmamalıyıq. Hüquqi baxımdan bütün addımlar atılacaq. Hətta indi mən tapşırıq vermişəm ekstradisiya məsələsini də götür-qoy edirik. Nə üçün onlar orda qalmalıdır?".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.