banner
banner

İdman

“Terimə böyük hörmətlə yanaşıram” - Şevçenko

“Terimə böyük hörmətlə yanaşıram” - Şevçenko
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Türkiyəyə qarşı keçiriləcək görüşdən danışıb. 

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, gənc məşqçi “ay-ulduzlular”la oyunda heç-heçədən razı qalacağını qeyd edib:

“Fatih Terimə böyük hörmətlə yanaşıram. O, “Milan”da mənim baş məşqçim olub. Türkiyə futbolunun son 20 ildə qazandığı uğurlar onun adı ilə bağlıdır. Mən Terimin iş prinsipinə bələdəm. O heç vaxt dəyişmir. Fatih Terim daim futbolçularından aqressiv və hücum futbolu tələb edir. 

Yaxşı məşqçi olacağımla bağlı dediyi sözlər mənim üçün avansdır. Bu yolu seçmişəm və ümid edirəm ki, uğur qazanacağam. Türkiyə ilə matçda yaxşı oynayıb, qələbə qazansaq, buna çox sevinəcəyəm. Yaxşı oyunla 1 xal qazansaq, narazılıq etməyəcəm. Oyunçularım psixoloji cəhətdən görüşə hazırdılar. Bu, məni sevindirir”. 

Xatırladaq ki, sabah keçiriləcək Türkiyə - Ukrayna görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək. 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.