banner
banner

Dünya

BMT-nin yeni rəhbərinin adı məlum oldu - Video

BMT-nin yeni rəhbərinin adı məlum oldu - Video
BMT-nin yeni baş katibi Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreş olacaq.
 
APA TV xəbər verir ki, məlumatı Reuters agentliyi diplomatik mənbələrə istinadən yayıb.
 
Məlumatda deyilir ki, BMT Təhlükəsizlik Şurasında veto hüququ olan beş ölkədən heç biri sayca altıncı gizli səsvermədə Antoniu Quterreşin namizədliyinə qarşı çıxmayıb.
 
BMT-nin baş katibi Təhlükəsizlik Şurasının tövsiyyəsi ilə Baş Assambleya tərəfindən seçilir. Bu zaman yalnız qeyri-formal müzakirələr və reytinq səsverməsi keçirilir. Qəbul olunmuş təcrübəyə görə, BMT-nin baş katibi Təhlükəsizlik Şurasına daimi üzv olan ölkələrdən seçilmir.
 
Baş katib beş il müddətinə seçilir və yenidən seçilmək hüququ var. Baş katiblərə təkrar seçilmək üçün heç bir formal məhdudiyyət yoxdur. Lakin indiyədək iki müddətdən artıq seçilən baş katib olmayıb.
 
BMT-nin baş katibi vəzifəsinə Sloveniyanın keçmiş prezidenti Danilo Türk də iddia edir. Lakin keçirilən səsvermələrdə Antoniu Quterreş rəqibini kəskin qabaqlayıb.
 
Hazırkı baş katib Pan Gi Munun ikinci səlahiyyət müddəti gələn il yanvarın 1-də başa çatır.
 
 
 

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.