banner
banner

Dünya

DB-dən hesabat: “İŞİD-çilərin çoxu təhsillidir”

DB-dən hesabat: “İŞİD-çilərin çoxu təhsillidir”
İŞİD terror qruplaşması muzdlularının təhsil səviyyəsi yüksəkdir.
 
Axar.az İnterfaks-a istinadən xəbər verir ki, bu iddia ilə Dünya Bankı çıxış edib. İddiaya görə, sözügedən muzdlular orta hesabla aid olduqları ölkələrdə yaşayan adi əhaliyə nisbətən daha yüksək təhsil alıblar.
 
Dünya Bankının araşdırmalarına görə, bu siyahıya Yaxın Şərq ölkələrindən, Şimali Afrika, Cənubi və Şərqi Asiyadan İŞİD-ə qoşulan əcnəbi İŞİD-çilər daxildir:
 
“Muzdluların yalnız 17 faizinin orta təhsili yoxdur, çoxu isə orta məktəbi bitirib, hətta ali təhsillilərin sayı da kifayət qədərdir”.
 
Aparılan araşdırmalar göstərib ki, terrorçu-kamikadzelərin arasında da ali təhsilliləri az olmayıb:
 
“Ali təhsilli İŞİD-çilər etiraf edir ki, terror qruplaşmasına qoşulmamışdan öncə işsiz deyildilər. Bu qruplaşma kasıblığın nəticəsi deyil”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.